• 29 Mart 2024
logo
Xoyda zəlzələ: 73,5 minə ziyan dəyib

Xoyda zəlzələ: 73,5 minə ziyan dəyib

Yanvarın 28-i gecə yerli vaxtla saat 21:44-də Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində 73 500 evə ziyan dəyib.
Baymedia.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun başçısı Cəfər Bərzgər məlumat verib.
O, yoxlama qruplarının bölgələrdə fəaliyyətlərinin davam etdiyini və zərər görən evlərin sayının arta biləcəyini bildirib.