• 25 Aprel 2024
logo
Gülbən Ərgən Xoya yardım edəcək

Gülbən Ərgən Xoya yardım edəcək

Türkiyənin tanınmış müğənnisi Gülbən Ərgən Güney Azərbaycanın Xoy şəhərində zəlzələdən zərər görənlərə yardım edəcəyini deyib.
Baymedia.az xəbər verir ki, o özünün sosial media hesabında etdiyi paylaşımında azərbaycanlılara başsağlığı verib.
“Bacı-qardaşlarımın bu ağrı və acısı soyuq qış günlərində bir daha təkrarlanmasın! Xoyda zəlzələdən zərər görənlərə əlimdən gələn istənilən yardımı etməyə hazır olduğumu bildirirəm”, - Gülbən Ərgən bildirib.