• 20 Aprel 2024
logo
Çavuşoğlu Macarıstana gedir

Çavuşoğlu Macarıstana gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah, yanvarın 31-də Macarıstana gedəcək.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, macarıstanlı həmkarı Peter Siyarto ilə görüşəcək.
Tərəflərin ikitərəfli və regional əlaqələri müzakirə edəcəkləri nəzərdə tutulub.
Həmçinin Macarıstan Baş naziri Viktor Orbanın da Türkiyə XİN rəhbərini qəbul edəcəyi gözlənilir.