• 20 İyun 2024
logo
Türkiyənin hakim partiyası İsrailə başsağlığı verdi

Türkiyənin hakim partiyası İsrailə başsağlığı verdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik İsrailə başsağlığı verib.
Baymedia.az xəbər verir ki, Ö.Çelik bu barədə Tvitter hesabında paylaşım edib.
“Bu terror hücumunu qınayırıq. İsrail hökuməti və xalqına, eyni zamanda hücum zamanı yaxınlarını itirənlərin ailələrinə başsağlığı diləyirik”, - partiya sözçüsü bildirib.
Qeyd edək ki, Qüds şəhərində sinaqoqa silahlı hücum olub. Nəticədə 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.