• 19 Mart 2024
logo
Qoşaçayda bələdiyyə işçiləri etiraz aksiyası keçirir

Qoşaçayda bələdiyyə işçiləri etiraz aksiyası keçirir

Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində bələdiyyə işçiləri etiraz aksiyası keçirir.
Baymedia.az xəbər verir ki, işçilər bələdiyyə başçısının istefasından sonra bələdiyyə sistemində yaranan qeyri-müəyyənlikdən narazılıqlarını bildiriblər.
Etirazçılar yaranmış vəziyyətə görə əziyyət çəkdiklərini, əmək haqları və qanunla nəzərdə tutulmuş başqa hüquqlarını ala bilmədiklərini qeyd ediblər.