• 4 May 2024
logo
Hərbçilərimiz Sarıqamışda təlimdə iştirak edir

Hərbçilərimiz Sarıqamışda təlimdə iştirak edir

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış hazırlığı-2023” təlimləri keçirilir.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla, 17 ölkənin hərbçiləri iştirak edir.
“Qış hazırlığı-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.
Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb edilib.