• 23 İyun 2024
logo
İranda partlayış: ölən və yaralananlar var

İranda partlayış: ölən və yaralananlar var

İranın Qərbi Azərbaycan vilayətinin Bukan şəhərində təbii qazın partlaması nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Bukan valiliyi məlumat yayıb.

“Hadisə nəticəsində bir binanın bloku tamamilə dağılıb. Yaxınlıqdakı digər iki yaşayış məntəqəsi isə 70 faizdən çox zərər görüb. İkisi uşaq, ikisi kişi və ikisi qadın olmaqla altı nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Hadisə zamanı yaralanan 3 nəfər müalicə olunmaq üçün tibb mərkəzlərinə göndərilib”,- məlumatda deyilir.

Həmçinin yanğınsöndürənlərdən biri də zərərçəkmişləri dağıntıların altından çıxararkən yaralanaraq xəstəxanaya yerləşdirilib.