• 27 İyul 2024
logo
İran daha üç etirazçıya ölüm hökmü çıxardı

İran daha üç etirazçıya ölüm hökmü çıxardı

İran məhkəmə hakimiyyəti noyabrın 16-da İsfahandakı etirazlar zamanı həbs edilənlərdən 3 nəfəri edam cəzasına məhkum edib.
Baymedia.az xəbər verir ki, bu barədə Məhkəmə Hakimiyyətinin xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, üç dövlət məmurunun öldürülməsi ilə bağlı aparılan “İsfahan evi” adlı məhkəmə işi üzrə Saleh Mirhaşimi Bəltağı, Məcid Kazımi Şeyx Şəbani və Yaqubi Kürdsəfli barəsində ölüm hökm çıxarılıb.