• 21 İyun 2024
logo
Ankara ilə İrəvan arasında bu qadağa ləğv olundu

Ankara ilə İrəvan arasında bu qadağa ləğv olundu

Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən hava daşımaları həyata keçirilir.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.