• 27 İyul 2024
logo
İranın Rusiyaya verdiyi PUA-lar tükənir

İranın Rusiyaya verdiyi PUA-lar tükənir

Bu ilin may ayına qədər İranın Rusiyaya verdiyi PUA-lar tükənə bilər. Bu səbəbdən Rusiya hakimiyyəti İranla hərbi əməkdaşlıq üzrə yeni razılaşmalar əldə etməyə çalışacaq.

Baymedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya qüvvələri 1750 ədəd İran istehsalı olan PUA-ların hamısını 2023-cü ilin may ayına qədər istifadə edəcək”, - məlumatda qeyd olunub.