• 20 İyun 2024
logo
İran Süleymaninin qətlini araşdırır, ABŞ “imkan vermir”…

İran Süleymaninin qətlini araşdırır, ABŞ “imkan vermir”…

ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane olur.

Baymedia.az xəbər verir ki, belə bir təəccüblü açıqlama ilə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian çıxış edib.

O bildirib ki, Tehran Süleymaninin qətlində əli olan ABŞ-ın 60 rəsmisini qara siyahısına daxil edib.

Qeyd edək ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymani Bağdad hava limanında ABŞ PUA-larının dəqiq zərbəsi nəticəsində məhv edilib.

Q.Süleymanini kimin öldürdüyü rəsmən ortadadır və 3 ildir İranın hansı tədqiqatı apardığı məlum deyil.