• 5 Fevral 2023
logo
Türkiyə Rusiyadan bunu istəyir

Türkiyə Rusiyadan bunu istəyir

Türkiyə cümə günü Ankarada Rusiya nümayəndə heyəti ilə danışıqlar aparmağı gözləyir və bu danışıqlarda Rusiya qazına 25%-dən çox endirimlər müzakirə olunacaq.
Baymedia.az xəbər verir ki, bu barədə “Blumberq” yüksək rütbəli türk rəsmilərinə istinadən məlumat yayıb.
“Ankaranın planları çox cəsarətlidir: onlar güzəştin təkcə 2023-cü ildəki ödənişlərə deyil, həm də daha əvvəl, 2022-ci ildə edilən bəzi ödənişlərə şamil edilməsini istəyirlər. Əgər Rusiya bu variantı qəbul etməsə, Türkiyə ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyəcək”, - məlumatda qeyd edilib.