• 29 Mart 2024
logo
Egey dənizində 4 bal gücündə zəlzələ baş verdi

Egey dənizində 4 bal gücündə zəlzələ baş verdi

Egey dənizində, Gökova körfəzi sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, dəniz səthindən 6 kilometr dərinlikdə olan zəlzələnin episentrinin Muğlanın Bodrum rayonundan 11,71 kilometr uzaqlıqda olduğu müəyyən edilib.