• 3 Fevral 2023
logo
İran polisi bu şəhəri mühasirəyə aldı

İran polisi bu şəhəri mühasirəyə aldı

Etirazçıları həbs etmək üçün İlam əyalətinin Murmuri şəhərinə genişmiqyaslı əməliyyat təşkil olunub.
Baymedia.az xəbər verir k, hökumət qüvvələri 40-a yaxın avtomobillə şəhəri mühasirəyə alıb və müxtəlif ərazilərdə etirazçıları həbs etməyə başlayıb.
Bildirilib ki, hökumət qüvvələrinin Murmuri şəhərinə geniş hücumu nəticəsində azı 20 sakin İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb.
Qeyd edək ki, Murmuridə ictimai etirazlar noyabrın 19-dan geniş miqyas almışdı.