• 28 Mart 2024
logo
Türkiyə inflyasiyanın pik həddini geridə qoydu

Türkiyə inflyasiyanın pik həddini geridə qoydu

Türkiyə inflyasiyanın pik həddini geridə qoyaraq, bu göstəricidə azalma tendensiyasına girib.
Baymedia.az xəbər verir ki, bunu Türkiyə xəzinə və maliyyə naziri Nurəddin Nəbati deyib.
“Noyabrda inflyasiya 84,39 faizə enib, yerli istehsalçı qiymətləri indeksi isə illik 157,69 faizdən 136,02 faizə düşüb.
Əgər gözlənilməz qlobal dəyişiklik olmazsa, biz demək olar ki, inflyasiyanın pik həddini geridə qoyaraq azalma tendensiyasına daxil olmuşuq”, - N.Nəbati bildirib.