• 26 Aprel 2024
logo
AB Türkiyə ilə bağlı səhv etdi - Bitterlih

AB Türkiyə ilə bağlı səhv etdi - Bitterlih

Avropa Birliyi Türkiyə məsələsində səhv etdi.
Baymedia.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Helmut Kolun müşaviri işləmiş Yoahim Bitterlih deyib.
“AB Türkiyənin rolu, coğrafi və strateji mövqeyini hələ də anlamır. İstanbul boğazına baxanda, insan iki dünya arasında qalır. Türkiyənin bəlli tarixi var və hələ də öz yerini axtaran bir ölkə olduğunu anlamalıyıq. Müşavir olarkən Kola xarici işlər, müdafiə, miqrasiya və hüquq kimi məsələlərdə körpü yaradaraq Türkiyəni AB-nin daxili bazarına soxmaq fikrini dedim. Türkiyənin bizə yaxınlaşmasını istədik. Ancaq əməkdaşlıq məsələsində AB-də kimsə bizi dəstəkləmədi”, - Bitterlih bildirib.