• 28 Yanvar 2023
logo
Kreml Ərdoğanı onunla görüşdürməyə hazırlaşır

Kreml Ərdoğanı onunla görüşdürməyə hazırlaşır

Moskva Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş təşkil etməyə çalışır.
Baymedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
O qeyd edib ki, Ankara belə bir görüşün mümkünlüyünü nəzərdən keçirməlidir.
“Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və bu istiqamətdə işləyirik”.
Qeyd edək ki, bundan öncə Ərdoğan Əsədlə görüşə biləcəyi mesajını vermişdi.