• 3 Fevral 2023
logo
MİT PKK-nın kəşfiyyat rəhbərini məhv etdi

MİT PKK-nın kəşfiyyat rəhbərini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə MİT məlumat verib.

Əməliyyat nəticəsində PKK-nın kəşfiyyat koordinatoru Fatma Onur məhv edilib.

Qeyd edək ki, F.Onur təşkilata 90-cı illərdə İngiltərədən qatılıb.