• 31 Yanvar 2023
logo
İranda tələbələr qəzaya düşdü

İranda tələbələr qəzaya düşdü

İranın Xomeynişəhr şəhərində Azad universitetinin tələbələrini daşıyan mikroavtobus qəzaya uğrayıb.
Baymedia.az xəbər verir ki, bu barədə İsfahan administrasiyasının Böhranla mübarizə şöbəsinin rəhbəri Mənsur Şişeforuş deyib.
O, qəza nəticəsində sürücünün öldüyünü, 15 sərnişinin də yaralandığını bildirib:
“11 nəfər xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır”.