• 19 Mart 2024
logo
Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində saxlanılan fəalların həbsdən buraxıldıqdan sonra səhhətlərində problem yaranıb.
Baymedia.az xəbər verir ki, səhhətində problem yaşayan fəallar xəstəxanalara yerləşdirilib.
Həmçinin, bir neçə fəalın ev şəraitində müalicə olunduğu bildirilir.
Qeyd edək ki, İran insan haqları müdafiəçiləri və sosial media fəallarının verdiyi məlumatda fəalların bir neçəsinin işgəncə altında barmaqlarının, qabırğalarının sındırıldığı, bir neçəsinə isə məcburi etiraf almaq üçün naməlum iynələr vurulduğu bildirilir.