• 19 Mart 2024
logo
İranda öldürülən etirazçıların sayı 451-ə çatdı

İranda öldürülən etirazçıların sayı 451-ə çatdı

İranda sentyabrın 17-dən bu günə kimi etiraz aksiyalarında 451 nəfər öldürülüb.
Baymedia.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilir ki, bu dövr ərzində 18.183 nəfər saxlanılıb ki, onlardan 3.377-in kimliyi və harada saxlanıldığı dəqiqləşdirilib.
Saxlanılanlardan 574 nəfəri tələbədir.
Həmçinin, 157 şəhərdə İranın idarəetmə sisteminə qarşı keçirilən etiraz aksiyalarını 143 universitetin tələbələri dəstəkləyib.