• 9 May 2024
logo
Türkiyədə kimya zavodu yanır: partlayışlar eşidilir

Türkiyədə kimya zavodu yanır: partlayışlar eşidilir

Bu gün Türkiyənin Dənizli vilayətinin Pamuqqala rayonundakı kimya zavodunda yanğın başlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Məlumata görə, yanğın yerli vaxtla saat 12.30-da avtomobillərin sıx olduğu maşın yolunun yaxınlığında başlayıb:
“Hadisə yerinə çoxlu xilasetmə qrupları gəlib, kimyəvi maddələrin yanması səbəbiylə zavod binasının üzərində qara tüstü buludları yaranıb. Yanğın hələ də söndürülməyib. Vaxtaşırı partlayış səsləri eşidilir”.