• 18 Aprel 2024
logo
İstanbul teraktı ilə bağlı daha 1 nəfər həbs edildi

İstanbul teraktı ilə bağlı daha 1 nəfər həbs edildi

İstanbulun İstiqlal prospektində baş verən terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində daha 1 nəfər həbs edilib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Bildirilib ki, həbs edilən şəxs terroru törətməkdə şübhəli bilinən Bilal Həsəninin qardaşıdır.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.