• 5 Mart 2024
logo
Amasra faciəsi: 25 nəfər saxlanıldı

Amasra faciəsi: 25 nəfər saxlanıldı

Türkiyənin Bartın Cümhuriyyət Prokurorluğu Amasrada kömür mədənində baş vermiş partlayışla bağlı məsuliyyət daşıyan 25 nəfər şübhəli şəxsin saxlanılması haqda qərar çıxarıb.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, 14 oktyabr tarixində baş vermiş partlayış nəticəsində 41 mədən işçisi həyatını itirmişdi.