• 1 Mart 2024
logo
Türkiyə İrandakı teraktı pislədi

Türkiyə İrandakı teraktı pislədi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranda törədilən terror aktını pisləyib.

Baymedia.az xəbər verir ki, Çavuşoğlu bu barədə öz Tvitter hesabında paylaşım edib.

“İranın Şiraz şəhərindəki ziyarətgahı hədəf alan mənfur və qəddar terror aktını qətiyyətlə pisləyirik. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa arzulayırıq", - M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, oktyabrın 26-da İranın Şiraz şəhərindəki Şah-Çıraq məbədində törədilən terror aktı nəticəsində 20 nəfər ölüb.