• 1 Mart 2024
logo
İran bu gün qarışa bilər – Çağırış edildi

İran bu gün qarışa bilər – Çağırış edildi

İranda etiraz aksiyalarına səbəb olan Məhsa Əmininin ölümündən 40 gün keçir. Bu münasibətlə İranın bir çox şəhərlərində yeni aksiyalara çağırışlar edilir. Böyük şəhərlərdə küçə hərəkatlarını idarə edən mərkəzlər yaradılıb. Çağırışlar bu təşkilatlar vaitəsi ilə sosial şəbəkələrdə yayılır.
Baymedia.az xəbər verir ki, xarici mətbuata müsahibə verən Məhsa Əmininin ailəsi 40 mərasiminin Bana şəhərinin qəbiristanlığında, Əmininin məzarı başında keçiriləcəyini bildirib.
Qeyd edək ki, İRNA xəbər agentliyi ailə üzvlərinə istinadən 40 mərasiminin keçirilməyəcəyi haqda məlumat yaymışdı. Bu xəbər ailə tərəfindən təkzib edilib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, İranın məşhur futbolçusu Əli Dai və Hamid Lək Məhsa Əmininin doğma şəhərinə gedərək mərasimdə iştirak etmək istəyir. Məlumatda bildirilir ki, Əli Dainin qaldığı otel təhlükəsizlik qüvvələrinin təzyiqləri nəticəsində bağlanılıb və orda qalan qonaqlar dövlət mehmanxanasına köçürülüb.
Sosial şəbəkələrdə yayılan digər məlumata görə, İranda itkin düşən ispaniyalı alpnist Santiyaqo Sançez Bana şəhərində Məhsa Əmininin məzarını ziyarət edərkən təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb. 3 həftə əvvəl həbs edilən Sançez mütərcimi ilə birlikdə Tehrana aparılıb.
İranın müxtəlif şəhərlərində sakinlərdən aldığımiz məlumatda bildirilir ki, böyük şəhərlərin mərkəzi yolları və əsas meydanlarında polis və xüsusi təyinatlı qüvvələr toplaşıb. Bəzi yerlərdə əhalinin cəm şəklində gediş-gəlişinə icazə verilmir.
Bundan başqa bütün idarə və məscidlərdə yerləşən Bəsic qüvvələrinin qərargahlarına hadisələrin qarşısını almağa hazırlıqlı olmaları barədə yazılı və şifahi göstərişlər verilib.