• 27 İyul 2024
logo
Urmuda həbs edilən azərbaycanlıya işgəncələr verildi

Urmuda həbs edilən azərbaycanlıya işgəncələr verildi

Bir həftə öncə etirazlarda saxlanılmış Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan Rza Etibarirad ETTELAAT idarəsinin təcridxanasında vəhşicəsinə döyülüb.
Baymedia.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan və qolu sındırılan gənc məhkəməyə qədər 700 milyon tümən girov sənədi qarşılığında müvəqqəti sərbəst buraxılıb.