• 27 İyul 2024
logo
Türkiyə hərbi büdcəsini rekord həddə çatdırır

Türkiyə hərbi büdcəsini rekord həddə çatdırır

Türkiyə 2023-cü ildə müdafiə və təhlükəsizlik xərcləri üçün 468,7 milyard türk lirəsi (25.2 milyard dollar) ayırmağı planlaşdırır.
Baymedia.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.
“Bu təklif qəbul olunarsa, ən yüksək müdafiə büdcəsi kimi ölkə tarixinə düşəcək. Müdafiə və təhlükəsizlik büdcəsinə 2019-cu ildə 20,6 milyard dollar, 2021-ci ildə isə 15,4 milyard dollar ayrılmışdı”, - Otay bildirib.