• 27 İyul 2024
logo
Çavuşoğlu Azərbaycanı təbrik etdi

Çavuşoğlu Azərbaycanı təbrik etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 oktyabr - Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Baymedia.az xəbər verir ki, o bu barədə Feysbuk hesabında paylaşım edib.
“Can Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Biz türklər azad doğulmuşuq, azad yaşayırıq”, - paylaşımda qeyd edilib.