• 27 İyul 2024
logo
Bakı deyir ki, Laçınla Zəngəzur dəhlizləri… - Çavuşoğlu

Bakı deyir ki, Laçınla Zəngəzur dəhlizləri… - Çavuşoğlu

Azərbaycan Qarabağ zəfərindən sonra Ermənistana əsaslı sülh təklif etdi.
Baymedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.
“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, - o bildirib.
M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqzdakı sabitlik üçün son dərəcə vacibdir”.
Nazir bildirib ki, Ermənistan-Azərbaycan əlaqələri həm də Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpasına təsir edir.