• 1 Mart 2024
logo
MİT Nejdət Dağlarəri məhv etdi

MİT Nejdət Dağlarəri məhv etdi

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Nejdət Dağlarər məhv edilib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, “Geli Serhat” kod adlı terrorçu Çavres Briqadasına rəhbərlik edib.
Qeyd edək ki, Türkiyənin Jandarma Qüvvələrinin çavuşu Kürşad Sərt Van əyalətinin Çatak rayonunda terrorçularla atışmada şəhid olub.