• 26 Aprel 2024
logo
Ərdoğandan Azərbaycanla bağlı xahiş edirlər

Ərdoğandan Azərbaycanla bağlı xahiş edirlər - Kirişçi

Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahid Kirişçi Prezident Rəcəb Tayyib Ərdoğandan xarici səfərlərdə Azərbaycanla bağlı edilən xahişlərdən danışıb.
Baymedia.az xəbər verir ki, Vahid Kirişçi Prezident Ərdoğanı bir sıra xarici səfərlərində müşayiət etdiyini vurğulayaraq, bəzi dövlətlərin rəsmilərinin onlardan öz ölkələri ilə bağlı xahişlərindən danışıb:
“Bizə deyirlər ki, sizin Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar”.