• 1 Dekabr 2022
logo
İŞİD müsəlmanları, PKK da kürdləri təmsil etmir - Akar

İŞİD müsəlmanları, PKK da kürdləri təmsil etmir - Akar

Türkiyə sərhədi yaxınlığında terror dəhlizinə icazə vermədik, verməyəcəyik də.

Baymedia.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkə mediasına açıqlamasında deyib.

“Hədəfimiz yalnız terrorçulardır. Bunu hər kəs bilməlidir: İŞİD müsəlmanları təmsil etmir, PKK da kürdləri. Təcili olaraq lazımi ölkələrin öhdəliklərinə əməl etmələrini gözləyirik. Tel-Rifat və Menbiç bölgəsi terror yuvasına çevrilib. Bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur. Vaxtında və yerində bütün vacib antiterror əməliyyatları edilib və ediləcək”, - nazir bildirib.