• 26 Noyabr 2022
logo
İsveç bu şəxsi Türkiyəyə təhvil verəcək

İsveç bu şəxsi Türkiyəyə təhvil verəcək

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri üçün Madriddə imzaladığı üçtərəfli çərçivəsində İsveç Türkiyəyə ilk ekstradisiyasını edəcək.
SVT xəbər verir ki, Türkiyə tərəfindən dələduzluqda ittiham olunaraq qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxs təhvil veriləcək.
Qeyd olunub ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb. Sözügedən şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi iddia edilib.