• 19 May 2022
logo
İstanbul aeroportundan uçuşların bərpa olunacağı tarix açıqlanıb

İstanbul aeroportundan uçuşların bərpa olunacağı tarix açıqlanıb

Güclü yağan qar səbəbindən İstanbul hava limanında bütün ölkədaxili və beynəlxalq reyslər dayandırılıb.
“Türk Hava Yolları”nın mətbuat katibi Yəhya Üstün sosial media hesabından İstanbul aeroportunun işini bərpa edəcəyi vaxtı açıqlayıb.
Yəhya Üstün qeyd edib ki, kəskin hava şəraiti səbəbindən THY-nin İstanbul hava limanından edilən uçuş əməliyyatları yanvarın 26-sı saat 00:00-dək təxirə salınıb.