• 24 Aprel 2024
logo
Çavuşoğlu: ‘Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasından çox razıdırlar’

Çavuşoğlu: ‘Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasından çox razıdırlar’

“İlk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib.
O qeyd edib ki, xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər: “Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək”, - deyə nazir vurğulayıb.