• 29 Mart 2024
logo
Ərdoğan Putin və Zelenskini danışıqlar üçün Türkiyəyə dəvət edib

Ərdoğan Putin və Zelenskini danışıqlar üçün Türkiyəyə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib.
"Anadolu"nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna Prezidenti Vladimir Zelenksi ilə danışıqlar aparır. Hətta, hər ikisini görüşmək, problemlərini və fikir ayrılıqlarını həll etmək istəyəcəkləri təqdirdə, Türkiyəyə dəvət edib”, - o qeyd edib.