• 23 Aprel 2024
logo
Türkiyədə daha 167 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 167 koronavirus xəstəsi vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 167 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 392 min 438 nəfərin test edildiyi, 67 min 857 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 56 min 256 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.