• 18 Aprel 2024
logo
Çavuşoğlu: “Regionda sülhün yaranmasında Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır”

Çavuşoğlu: “Regionda sülhün yaranmasında Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır”

“Bu gün bölgəmizdə sülh bərqərar olursa, bunda Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının rolu danılmazdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransında çıxışında deyib.
Nazir Türkiyə XİN-in nəzdində müdafiə sənayesi şöbəsinin yaradılacağını, bununla əlaqədar hazırlıqlar görüldüyünü açıqlayıb.
Türkiyənin çətin bir coğrafiyada yerləşdiyini qeyd edən M.Çavuşoğlu meydanda güclü olmadan diplomatiyada güclü olmanın mümkünsüzlüyünü vurğulayıb: “Meydanda güclü olmağın yolu isə yerli və milli müdafiə sənayesinin inkişafından keçir”.
Nazir onu da deyib ki, gələn il Antalyada baş tutacaq Beynəlxalq Diplomatiya Forumunda müdafiə sənayesinə dair xüsusi toplantının keçirilməsi də nəzərdə tutulub.