• 29 Mart 2024
logo
Türkiyə S-400 sistemlərini yerləşdirib?

Türkiyə S-400 sistemlərini yerləşdirib? – Akar açıqladı

S-400-lər istənilən vaxta, istənilən yerə yerləşdiriləcək bir sistemlər deyil.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkə mətbuatına açıqlamasında deyib.
“S-400 zenit raket kompleks sistemləri uzun mənzilli raketlərdir. Yəni hava hücumundan müdafiə silahıdır. Bu sistemləri burda və yaxud orada rahat şəkildə yerləşdirmək olmaz. Bunlar mümkün təhlükələrə qarşı istifadə olunur və yerləşdirilir. Fəaliyyətlərimiz planlaşdırıldığı kimi davam edir”, - nazir bildirib.