• 8 Dekabr 2021
logo
Ərdoğan: “Merkel təşəbbüskar olmaqdan və məsuliyyət daşımaqdan heç zaman çəkinmədi”

Ərdoğan: “Merkel təşəbbüskar olmaqdan və məsuliyyət daşımaqdan heç zaman çəkinmədi”

“Hörmətli Angela Merkel kansler olduğu müddətdə təşəbbüs göstərməkdən və məsuliyyət daşımaqdan heç zaman çəkinmədi, Türkiyə və Avropa İttifaqı əlaqələrində, eləcə də Almaniyadakı türk cəmiyyətlərinə mövqeyində vacib xidmətləri oldu”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Almaniya kansleri Angela Merkellə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Türkiyə Prezidenti deyib ki, alman kanslerlə görüşündə ikitərəfli əlaqələr, Şərqi Aralıq dənizi, Əfqanıstan, Suriya və miqrantlar mövzusunda müzakirələr aparıblar.
“16 il qısa bir müddət deyil. Hörmətli Merkel bu müddətdə Almaniyada çox uğurlu işlərə imza atdı” deyən bildirən Türkiyə Prezidenti sentyabrın 26-da Almaniyada keçirilən seçkilərdən sonrakı yeni hökumətə, eləcə də kansler vəzifəsində Türkiyəyə son səfəri olan A.Merkelə uğurlar arzulayıb.