Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Yeddilik (G7) Liderləri Zirvəsində xüsusi qonaq qismində çıxış edəcək.
Baymedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın çıxışının əsas hissəsini İsrailin Qəzzada 8 aydır davam edən hərbi əməliyyatları tutacaq.
Bundan başqa Ərdoğanın çıxışında Rusiya-Ukrayna müharibəsi və iqtisadi əməkdaşlıq məsələlərinin də olacağı bildirilir.
Ərdoğan çıxışı zamanı Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq.