• 23 Oktyabr 2024
logo
HƏMAS-dan tələb: Türkiyə zamin dursun!

HƏMAS-dan tələb: Türkiyə zamin dursun!

HƏMAS ABŞ-ın dəstəklədiyi atəşkəs təklifinə bir sıra qeyri-mümkün dəyişikliklər təklif edib.

Baymedia.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, vasitəçilər boşluqları aradan qaldırmaqda qərarlıdırlar.

HƏMAS-ın yüksək rütbəli lideri vurğulayıb ki, dəyişiklik təklifində İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması istənilir.

İsrail mətbuatı isə yazır ki, HƏMAS Təl-Əviv ilə əldə olunacaq atəşkəs razılaşmasında Çin, Rusiya və Türkiyənin zamin durmasını tələb edir.