• 16 İyun 2024
logo
Bu türk ölkəsi LGBT təbliğatını qadağan edir

Bu türk ölkəsi LGBT təbliğatını qadağan edir

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi LGBT təbliğatına qarşı hazırlanan xalq petisiyasına baxacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

“Müraciətə baxılma müddəti onun qeydə alındığı gündən 40 iş gününə qədərdir. Bu məsələyə baxılması üçün dövlət qurumlarının və ictimai birliklərin nümayəndələrinin də daxil olduğu işçi qrupu yaradılacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, rəsmi “E-Petition.kz” portalında Qazaxıstanda açıq və gizli LGBT təbliğatına qarşı petisiya dərc edilib. Petisiya hakimiyyət tərəfindən baxılması üçün tələb olunan 50 min imzanı toplayıb.

Hazırda Qazaxıstanda eynicinslilərin nikahına qadağa qoyulsa da, LGBT təbliğatına qanuni qadağa yoxdur.