• 27 İyul 2024
logo
Türkiyə matəm elan etdi – tənqid olundu

Türkiyə matəm elan etdi – tənqid olundu

Türkiyə Teatr Aktyorları Dərnəyi rəsmi Ankaranın İbrahim Rəisinin helikopter qəzasında həlak olmasına görə bir günlük matəm elan etməsinə etiraz edib.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Onlar ölkədə bütün mədəni tədbirlərin ləğv edilməsini yersiz adlandıraraq, Rəisinin çox insanın ölümündə əli olduğunu bildiriblər.

“Biz mizoginist (qadın qənimi) və qəddar bir rəhbərə görə ümumi matəm elan edilməsini qəbul etmirik”, - dərnəyin bəyanatında bildirilib.