• 16 İyul 2024
logo
Ərdoğan İrana getməyəcək – Təcili

Ərdoğan İrana getməyəcək – Təcili

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum Prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat doğru deyil.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının bəyanatında bildirilib.

Qeyd edək ki, mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılmaq üçün Məşhədə gedəcəyini açıqlamışdı.

Səfərlə bağlı Türkiyə mediasında dərc edilən xəbərlər səhifələrdən silinib.