• 15 İyun 2024
logo
Rəisiyə sui-qəsd olubsa… - Perinçək

Rəisiyə sui-qəsd olubsa… - Perinçək

Mən bu məsələdə İran dövlətinin bəyanatlarına güvənirəm. Onlar dedilər ki, bu, qəzadır. Mən də hesab edirəm ki, bu, qəzadır, amma sui-qəsd olduğu üzə çıxsa, təəccüblənmərəm. Çünki İran ABŞ imperializminə və İsrail sionizminə qarşı mübarizə aparan aparıcı ölkələrdən biridir.

Baymedia.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.

“Ona görə də bu ölkə belə sui-qəsdlərin hədəfi olacaq. Bu mənada qətl olduğu elan edilsə, heç birimiz təəccüblənməzdik. Amma görürəm ki, qəza olub”, - Perinçək bildirib.

Partiya lideri qəzanı İran üçün kədərli hadisə adlandırıb:

“İran prezidentinin hava şəraitinə rəğmən özünü müdafiə edə bilməməsi acınacaqlı vəziyyətdir ki, bundan dərs alınmalıdır. Liderləri qorumaq baxmından bundan ibrət götürməliyik”.