• 27 İyul 2024
logo
Türkiyədə avtobus yük maşını ilə toqquşub, yaralılar var

Türkiyədə avtobus yük maşını ilə toqquşub, yaralılar var

Türkiyənin Afyonkarahisar bölgəsində sərnişin avtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması zamanı 17 nəfər yaralanıb.

Baymedia.az-ın məlumatına görə, əraziyə gələn xilasedici və təcili yardım briqadaları yaralıları xəstəxanaya çatdırıblar.

Müayinə zamanı onlardan üçünün ağır vəziyyətdə olduğu müəyyənləşib.

Araşdırmalar zamanı həmçinin avtobusun Antaliya istqamətində hərəkət etdiyi məlum olub.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Türkiyədə avtobus yük maşını ilə toqquşub, yaralılar var