• 20 May 2024
logo
Bu türk ölkəsinin əhalisi 37 milyon nəfərə çatır

Bu türk ölkəsinin əhalisi 37 milyon nəfərə çatır

2024-cü il aprelin 16-na olan məlumata görə, Özbəkistan əhalisi 36 milyon 990 min 58 nəfər təşkil edib.

Baymedia.az xəbər verir ki, bu barədə Özbəkistan Statistika Agentliyi məlumat yayıb.

“İlin əvvəlindən ölkə əhalisinin sayı 163,5 min nəfər artıb. Hər gün Özbəkistanda əhalinin sayı orta hesabla 1,8 min nəfər artır”, - məlumatda bildirilib.

Məlumata görə, əhalinin 18 milyon 594 min 902 nəfəri kişi, 18 milyon 339 min 670 nəfəri isə qadındır.