• 20 May 2024
logo
Nazir Antalyada ölən və yaralanların sayını açıqladı

Nazir Antalyada ölən və yaralanların sayını açıqladı

Türkiyənin Antalya şəhərində axşam saatlarında baş vermiş kanat qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkədə açıqlayıb.

“Antalyanın Konyaaltı rayonunda kanat kabinəsinin düşməsi nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəza ilə əlaqədar 6-sı ambulans və 2-si UMKE komandası (Milli Tibbi Xilasetmə Komandası – red.) olmaqla, ümumilikdə 24 nəfərlik tibbi briqada təyin edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılaraq müalicələrinə başlanılıb, onların həyati təhlükəsi yoxdur. Hadisə nəticəsində digər 29 funikulyor kabinəsində köməksiz qalan 184 nəfərdən 30-u mütəxəssis qruplar tərəfindən xilas edilib, xilasetmə işləri davam etdirilir”, – o qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində kabinələrdən biri qayalıq əraziyə düşüb.